Süni intellekt Bibliya mətnlərinin müəlliflərini AŞKARLADI

Süni intellekt Bibliya mətnlərinin müəlliflərini AŞKARLADI

Hazırda oxunan: Süni intellekt Bibliya mətnlərinin müəlliflərini AŞKARLADI

253789

Süni intellektin mətn təhlili texnologiyaları Əhdi-Ətiqdə bir neçə müəllifin imzası olduğunu aşkarlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Bibliya mətnləri yüz illərlə daimi redaktə və əlavələrlə formalaşıb.

Müasir texnologiya daha bir sıçrayış edərək Əhdi-Ətiqi təhlil edib və Bibliyanın yeganə müəllifinin peyğəmbər olması versiyasını şübhə altına salıb.

Kompüter təhlili mətnlərdə üç müxtəlif üslub qatını üzə çıxarıb ki, bu da çoxmüəlliflik nəzəriyyəsinin lehinə ciddi arqumentə çevrilib.

Tədqiqat üçün elm adamları ən kiçik linqvistik xüsusiyyətləri — sözdən istifadə tezliyini, ifadələrin qurulmasını, leksik üstünlükləri müəyyən edə bilən innovativ alqoritmlərdən istifadə ediblər.
 

Nəticələr göstərib ki, Bibliya mətnlərində bir neçə müəllifin yaradıcılığının aydın izləri, eləcə də müxtəlif tarixi dövrlərdə edilən çoxsaylı redaktə dəyişiklikləri var.


Bu kəşf XVIII əsrdə irəli sürülən, lakin əvvəllər sübut üçün heç bir texnoloji imkana malik olmayan fərziyyəni təsdiqləyir. Təhlillər göstərir ki, mətnlər demək olar ki, minillik ərzində (e.ə. 1400-cü ildən 400-cü ilə qədər) tədricən formalaşıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO