Qax rayonunda məktəb direktoru qəzada yaralanıb - DETALLAR

Qax rayonunda məktəb direktoru qəzada yaralanıb - DETALLAR

Hazırda oxunan: Qax rayonunda məktəb direktoru qəzada yaralanıb - DETALLAR

253672

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndi ərazisindən keçən hissəsində zəncirvarı qəza baş verib. Qəza zamanı "Honda", "Hyundai” və "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza zamanı yaralananlar olub.

Bizim.Media-nın yerli bürosu onların kimliyi barədə məlumat alıb.

Onlar Bakı sakini 1995-ci il təvəllüdlü Ayşən Fəxrəddin qızı Əliyeva, Güllük kənd sakinləri 2005-ci il təvəllüdlü İsmayılov Qalib Eşqin oğlu, 1981-ci il təvəllüdlü İsmayılov Eşqin Qalib oğlu, 1992-ci il təvəllüdlü İsmayılova Gülər Firzal qızıdır.

Eşqin İsmayılovun vəziyyəti ağır olaraq qalır.

Onu da qeyd edək ki , digər yaralı Gülər İmayılova Qax rayon Güllük kənd orta məktəbinin direktorudur.

Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO