Cəlilabadda avtomobil kanala AŞDI – Xəsarət alanlar var – FOTO

Cəlilabadda avtomobil kanala AŞDI – Xəsarət alanlar var – FOTO

Hazırda oxunan: Cəlilabadda avtomobil kanala AŞDI – Xəsarət alanlar var – FOTO

253528

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə 07 iyun 2025-ci il tarixində saat 11:00 radələrində rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Günəşli istiqamətində hərəkətdə olan “Ford” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Avtomobildə olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
 

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Yaralılardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, digər 2 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.


Xəsarət alan şəxslərin adları:

İsayev Elnur Əlixan oğlu, 01.04.1978 təvəllüdlü, Biləsuvar rayonu sakini

İsayeva Günay Valeh qızı, 31.10.1982 təvəllüdlü, Biləsuvar rayonu sakini

İsayeva Nurlanə Elnur qızı, 16.04.2006 təvəllüdlü, Biləsuvar rayonu sakini

Cəfərov İqbal İlham oğlu, 1992-ci il təvəllüdlü, Biləsuvar rayonu sakini

İsayeva Elmira Elnur qızı, 20.10.2010 təvəllüdlü, Biləsuvar rayonu sakini


Faktla bağlı araşdırma aparılır.







Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO