Zəvvarlarımız bu tarixdə Vətənə QAYIDACAQLAR

Zəvvarlarımız bu tarixdə Vətənə QAYIDACAQLAR

Hazırda oxunan: Zəvvarlarımız bu tarixdə Vətənə QAYIDACAQLAR

253512

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti iki gün ərzində yekunlaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
 

Onun sözlərinə görə, əsas Həcc ayinləri iyunun 9-da yekunlaşacaq: "Zəvvarlarımızın ilk qrupu iyunun 16-da Vətənə qayıdacaqlar. Birinci qrupla 176 nəfərin gəlməsi nəzərdə tutulub".


Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO