İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər süfrələrində geniş yer alan çiy pomidorun acqarına yeyilməsi bəzi insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çiy pomidor mədə turşusunu artıraraq reflü və qastrit kimi narahatlıqları gücləndirə bilər. Səhər acqarına yeyildikdə mədə yanması, köp və narahatlıq hissi yarada bilər. Tam yetişməmiş, yaşıl pomidorlarda olan "solanin" adlı maddə isə baş ağrısı, ürəkbulanma və əzələ ağrılarına səbəb ola bilər.
Bundan başqa, bəzi insanlarda çiy pomidor allergik reaksiyalar - qaşınma, səpki, dodaqlarda şişkinlik və hətta nəfəs darlığına qədər uzanan əlamətlər yarada bilər. Həmçinin çiy halda qəbul edilən likopen maddəsinin orqanizm tərəfindən zəif mənimsəndiyi və həssas immun sisteminə mənfi təsir edə biləcəyi də qeyd olunub.
Mütəxəssislər səhər yeməyində çiy pomidordan mümkün qədər uzaq durmağı, günün daha gec saatlarında və bişmiş halda istifadə etməyi tövsiyə edirlər. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:25 / 07.06.2025
Pomidor göründüyü qədər "məsum" deyilmiş - Bu formada yeyiləndə təhlükəli olur
Hazırda oxunan: Pomidor göründüyü qədər "məsum" deyilmiş - Bu formada yeyiləndə təhlükəli olur
Hazırda oxunan: Pomidor göründüyü qədər "məsum" deyilmiş - Bu formada yeyiləndə təhlükəli olur
253479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.