Xəstəxanada ölən şəxs toyda döyülübmüş – TƏFƏRRÜAT

Xəstəxanada ölən şəxs toyda döyülübmüş – TƏFƏRRÜAT

Hazırda oxunan: Xəstəxanada ölən şəxs toyda döyülübmüş – TƏFƏRRÜAT

253430

Cəlilabad rayon Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubovun döyülmə nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişməsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media Oxu.az-a istinadla xəbər verir ki, hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.

Məlumata görə, mərhum həmkəndliləri olan 2 qardaşla mübahisə zamanı döyülüb. Onların həmin an içkili olduğu bildirilir.
 

Qeyd edək ki, mayın 28-də mübahisə zamanı döyülən şəxs əraziyə yaxın olan Masallı Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, elə xəstəxanada dünyasını dəyişib.


Hadisə ilə bağlı şübhəli şəxs qismində rayonun Həziabad kənd sakini 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO