Şəkidəki dəhşətli qətlin TƏFƏRRÜATLARI - FOTO

Şəkidəki dəhşətli qətlin TƏFƏRRÜATLARI - FOTO

Hazırda oxunan: Şəkidəki dəhşətli qətlin TƏFƏRRÜATLARI - FOTO

253280

Xəbər verdiyimiz kimi Şəki rayonunun Cəyirli kəndində 34 yaşlı qadın xəstə bacısının və iki azyaşlı övladlarının gözləri qarşısında amansızcasına qətlə yetirilib.

Bizim.Media-nın yerli bürosu hadisənin başvermə səbəbləri ilə bağlı məlumat əldə edib.

Belə ki, 34 yaşlı Zəhra Əliyeva ərinin çoxsaylı dələduzluqlarından bezərək 9 ay bundan öncə atası evinə gəlib və ondan boşanmaq və aliment tələbiylə Şəki rayon məhkəməsinə müraciət edib.

Lakin əri Həmid Əliyev məhkəməyə gəlməyib, barəsində məhkəmə tərəfindən axtarış elan olunub.

Bu gün səhər 8 radələrində Həmid Əliyev qaynatasının evinə gələrək uşaqları ilə evdə yatan həyat yoldaşı Zəhra Əliyevanı bıçaqlayıb.

Qeyd edək ki, Həmid Əliyev hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində axtarış əməliyyat tədbirləri keçirir.









Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO