Dövlət əleyhinə çağırış edənlərə HÖKM OXUNDU – FOTO

Dövlət əleyhinə çağırış edənlərə HÖKM OXUNDU – FOTO

Hazırda oxunan: Dövlət əleyhinə çağırış edənlərə HÖKM OXUNDU – FOTO

253263

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin sonuncu baxış iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq, Zaur Əsgərov 5 il 6 ay, Gündüz Mirzəyev isə 5 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə prokuror Zaur Əsgərov və Gündüz Mirzəyevin hər birinin yeddi il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. (Oxu.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO