Müəllimlərin maaşı ilə bağlı deputatdan AÇIQLAMA

Müəllimlərin maaşı ilə bağlı deputatdan AÇIQLAMA

Hazırda oxunan: Müəllimlərin maaşı ilə bağlı deputatdan AÇIQLAMA

253204

Azərbaycanda ən çox müzakirə olunan və hər kəsi narahat edən sahə təhsil sahəsidir. Çünki az qala hər ailənin üzvü ya təhsilalan, ya təhsilverən şəklində bu sahənin iştirakçısına çevrilib. Ona görə də təhsildəki yeniliklər, uğurlar, həmçinin çatışmazlıqlar bütün cəmiyyətin probleminə çevrilir, ya birbaşa, ya da dolayı yolla hər bir vətəndaşa toxunur.

O səbəbdən cəmiyyətdə, həm də parlamentdə dəfələrlə təhsilin problemləri, müəllimlərin, elm adamların əməkhaqları müzakirə olunub, müxtəlif təkliflər səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin maaşı arta bilər - VİDEO


İyunun 3-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Əli Məsimli müəllimlərin əməkhaqlarının orta aylıq əməkhaqqından yüksək olmasının vacibliyini deyib.

O, ölkəmiizn büdcədən elm və təhsilə ayrılan vəsaitə görə digər ölkələrdən geri qaldığını bildirib:

“Büdcənin 0,5 faizi elmə, 12 faizə qədəri isə təhsilə yönəldilib. Büdcənin elmə yönəldilən vəsaiti ümumi daxili məhsulun 0,16 faizi, təhsilə yönəldilən vəsait isə ümumi daxili məhsulun 3,5 faizini təşkil edir. Biz elmə yönəldilən vəsait az olduğuna görə, dünyanın 126 ölkəsi arasında 121-ci yer tuturuq, təhsilə ödənilən vəsaitə görə dünyanın 100 ölkəsi arasında 97 yer tuturuq. Bu faizlərin artırlması istiqamətində tədbirlər görməliyik”.

Həqiqətən, təhsildə olan çatışmazlıqlar bundan qaynaqlanır? Ümumiyyətlə, təhsilin hansı istiqamətinə daha çox vəsait ayrılmalıdır?

Mövzu barədə fikirlərini deputat Ceyhun Məmmədov Bizim.Media ilə bölüşüb.

Onun sözlərinə görə, Azərbaycanda təhsilə ən çox vəsait bu il ayrılıb:

“Bu gün dövlət büdcəsindən ümumilikdə təhsilimizə böyük bir vəsait ayrılır. Azərbaycan elminə, təhsilinə ayrılan vəsaitin həcmi 5 milyarddır. Azərbaycanda heç zaman təhsilə bu qədər böyük bir vəsait ayrılmayıb. Burada sadəcə bir neçə mühüm məqam var ki, bu ayrılan pulun böyük hissəsi təhsilə ayrılır, elmə ayrılan pul isə o qədər də böyük bir məbləğ deyil. Sadəcə, burada elmə ayrılan vəsait azdır, çalışmalıyıq ki, bu məsələyə həssas mövqeyimizi və yanaşmamızı ortaya qoyaq. Bu istiqamətdə öz töhfəmizi verək”.

O hesab edir ki, təhsildəki bəzi problemlər bununla bağlı deyil:

“Burada başqa məsələlərin, başqa amillərin də rolu var. Ümumiyyətlə, gərək bu prosesi ciddi araşdıraraq və addımlar ataq. Əvvəl də demişəm ki, müəllimlərin məvaciblərinin artırılması, akademiya sistemində, onun institutlarında çalışan müəllimlərin maaşlarının artırılması bura daxildir. Bu istiqamətdə sistemli ardıcıl tədbirlərin həyata keçirilməsi düşünürəm ki, kompleks yanaşmanı nəzərdən keçirməli və addımlar atmalıyıq. Problemi mən tam olaraq vəsaitdə görməyin tərəfarı deyiləm”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO