Lənkəranda dərədən meyiti tapılan şəxslə bağlı YENİ DETALLAR - FOTO

Lənkəranda dərədən meyiti tapılan şəxslə bağlı YENİ DETALLAR - FOTO

Hazırda oxunan: Lənkəranda dərədən meyiti tapılan şəxslə bağlı YENİ DETALLAR - FOTO

253195

Lənkəran rayonunun Horavenc kəndində səhər saatlarında dərədə meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun cəsədi tibbi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda itkin düşən kişinin meyiti dərədə TAPILDI


Mərhumun yaxınlarının bildirdiyinə görə, o, axşam saatlarında mal-qaranı gətirmək üçün evdən çıxıb.

Mal-qaranın geri qayıtmasına baxmayaraq, İlham Hüseynovdan xəbər çıxmayıb. Bundan sonra kənd sakinləri axtarışlara başlayıb və səhər saatlarında meyiti hündür qayalıq ərazidə, kolların arasında tapılıb.
 

Yaxınlarının sözlərinə görə, o, sakit xarakterli biri olub və heç kimlə problemi olmayıb. Onların ehtimalına görə, İlham Hüseynov ehtimal ki, başı gicəllənərək və ya ayağı sürüşərək dərəyə düşüb və hadisə bədbəxtlik nəticəsində baş verib.


Ölüm səbəbi tibbi ekspertizanın verəcəyi rəyə əsasən dəqiqləşdiriləcək.

Hazırda faktla bağlı araşdırma aparılır.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO