Rusiyanın Xalq artisti, tanınmış rejissor Svetlana Drujinina son bir ay ərzində iki dəfə təcili şəkildə xəstəxanaya yerləşdirilib. Onun hospitalizasiyasına səbəb paytaxt Moskvada hökm sürən anomal isti havaların yaratdığı qan təzyiqinin kəskin dəyişməsi olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
89 yaşlı sənətçi tənəffüs çətinliyi, oksigen çatışmazlığı və qan təzyiqinin 170/100 mm civə sütununa yüksəlməsi ilə bağlı şikayətlər edib. Sonuncu dəfə o, 28 may 2025-ci il tarixində xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra Drujininanın səhhəti stabilləşib və evə buraxılıb.
Qeyd edək ki, bu ilin yanvar ayında o, əvvəllər diaqnoz qoyulmuş ağciyər xərçəngi fonunda inkişaf edən kəskin bronxit səbəbilə xəstəxanada 11 gün müalicə almışdı.
Svetlana Drujinina məşhur sovet və rus aktrisası, kinorejissor, ssenarist və kino prodüseridir.
Bizim.Media