Lənkəranda 29 yaşlı gəncin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə hökm oxunub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. Şəhər sakini, sürücülük hüququ olmadığı halda özünə məxsus "Daewo-Espero" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmin ərazidə dönərçi işləyən rayon sakini, 1995-ci il təvəllüdlü Anar Ağazadəni vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə sürücü 6 il azadlıqdan məhrum edilib. (Oxu.az)
Bizim.Media