Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir.
Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.
"Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq".
E.Abbasov əlavə edib ki, hazırda "Bakı Metropoliteni" illik 220–230 milyon sərnişin daşıyır:
"Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. Gündəlik sərnişin sayı iş günlərində orta statistik hesabla 740 min nəfərə qədər yüksəlir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:46 / 04.06.2025
ŞAD XƏBƏR - Yeni metro stansiyası istifadəyə veriləcək
Hazırda oxunan: ŞAD XƏBƏR - Yeni metro stansiyası istifadəyə veriləcək
Hazırda oxunan: ŞAD XƏBƏR - Yeni metro stansiyası istifadəyə veriləcək
252940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.