2024-cü ilin qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin faiz nisbəti üzrə bölgüsü bəzi maraqlı nəticələri ortaya çıxarıb.
Bizim.Media xəbər verir ki, “modern.az”ın "Abituriyent" jurnalından əldə etdiyi məlumata görə, Şahbuz rayonu 500-700 bal aralığında nəticə göstərən şagirdlərin faizinə görə ölkə üzrə birinci yerdədir.
Bu rayonda imtahanda iştirak edənlərin 18.06 faizi yüksək nəticə göstərib.
Şahbuzu Sumqayıt (16.72%), Qəbələ (15.18%), Qax (14.7%), Mingəçevir (14.1%), Şəki (13.89%), İsmayıllı (13.85%) və Bakı (13.44%) izləyir.
600 baldan yuxarı nəticə göstərənlərin sayına gəlincə, Bakıya 1289 nəfər, Sumqayıtda 244 nəfər, Abşeronda 149 nəfər, Gəncədə 106 nəfər, Mingəçevirdə isə 46 nəfər təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 03.06.2025
Qəbul imtahanında ən yüksək nəticə göstərən RAYONLAR - SİYAHI
Hazırda oxunan: Qəbul imtahanında ən yüksək nəticə göstərən RAYONLAR - SİYAHI
Hazırda oxunan: Qəbul imtahanında ən yüksək nəticə göstərən RAYONLAR - SİYAHI
252848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.