Astarada məktəbin yaxınlığında YANĞIN: Ərazidə olan insanlar təxliyə edildi - FOTO

Astarada məktəbin yaxınlığında YANĞIN: Ərazidə olan insanlar təxliyə edildi - FOTO

Hazırda oxunan: Astarada məktəbin yaxınlığında YANĞIN: Ərazidə olan insanlar təxliyə edildi - FOTO

252636

Astara şəhərində yerləşən 1 saylı məktəbin idman meydançası yaxınlığında yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, quru otların alışması nəticəsində alov sürətlə yayılaraq həm məktəb binasına, həm də ətrafda yerləşən yüksək gərginlikli elektrik avadanlıqlarına yaxınlaşıb.

Fövqəladə Hallar Nazirliyinin Astara rayon bölməsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.
 

Yanğınsöndürənlər çevik müdaxilə edərək alovun ətraf ərazilərə yayılmasının qarşısını alıb. Ərazidə olan insanlar təhlükəsizlik məqsədilə dərhal təxliyə olunub.


Hadisənin yaranma səbəbi hələlik məlum deyil və araşdırmalar davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO