Xəbər verdiyimiz kimi, Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində Ford markalı yük avtomobili ilə Opel markalı minik avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, qəza nəticəsində ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda AĞIR QƏZA: 5 nəfər xəsarət aldı
Yaralılardan 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir və onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
TƏBİB-in açıqlamasında qeyd olunur ki, digər 3 nəfərə də zəruri tibbi yardım göstərilib və onların vəziyyəti stabildir.
Hazırda faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu