Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC Xaçmazda kadr dəyişikliyi edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz Telekommunikasiya qovşağının rəisi Azim Davudov bu gün vəzifəsindən azad olunub. Aztelekom MMC-nin sədri Həsən Ömərovun əmri ilə bu posta Aztelekom MMC-nin Şimal Regional filialının texniki direktoru Rasim Dərgahquliyev gətirilib.
O, qarşıdakı həftənin ilk iş günü yeni vəzifəsinə başlayacaq.
Qeyd edək ki, bir müddət öncə Qusar Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov da vəzifəsindən kənarlaşdırılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:44 / 30.05.2025
Xaçmaz Telekommunikasiya qovşağının rəisi İŞDƏN çıxarıldı – ÖZƏL
Hazırda oxunan: Xaçmaz Telekommunikasiya qovşağının rəisi İŞDƏN çıxarıldı – ÖZƏL
Hazırda oxunan: Xaçmaz Telekommunikasiya qovşağının rəisi İŞDƏN çıxarıldı – ÖZƏL
252156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.