Avtobuslarda kondisionerlər BU TARİXDƏN qoşulacaq

Avtobuslarda kondisionerlər BU TARİXDƏN qoşulacaq

Hazırda oxunan: Avtobuslarda kondisionerlər BU TARİXDƏN qoşulacaq

252122

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobuslarda kondisionerlərin qoşulmasını iyulun 2-dən təmin edəcək.

Şirkətdən Bizim.Media-ya bildirilib ki, avtobusların havalandırma və havasərinlətmə sistemləri yay mövsümünə hazırdır.

“Kondisionerlərin qoşulması proqnozlaşdırılan hava şəraitinə uyğun olaraq 15 iyun tarixindən nəzərdə tutulmuşdu.

Lakin sərnişinlərin rahatlığı nəzərə alınaraq bu tarix iyunun 2-nə keçirilib, artıq texniki yoxlama mərhələsi başa çatıb və üzümüzə gələn həftənin ilk günündən avtobuslarda kondisionerlər hər il olduğu kimi qoşulacaq”, - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO