Kürdəmirdə fərdi yaşayış evində partlayış oldu, ev yanaraq külə döndü.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çölqubalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Məmmədov Elnur Eyyub oğluna məxsus ümumi sahəsi 250 kv metr olan iki mərtəbəli evin ikinci mərtəbəsindəki 3 otaq və zaldan ibarət olan evin 185 ov metr hissəsi yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.Hadisəyə səbəb qaz sızması olduğu bildirilir.
Ev sahibinin sözlərinə görə yanğın zamanı ona 70 min manata yaxın maddi ziyan dəyib.Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu