Daha bir məktəb direktoru işdən ÇIXARILDI

Daha bir məktəb direktoru işdən ÇIXARILDI

Hazırda oxunan: Daha bir məktəb direktoru işdən ÇIXARILDI

252034

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, onunla imzalanan əmək müqaviləsinə xitam verilib.
 

Məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) təsdiqlənib.


"Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib", - deyə BŞTİ-dən verilən cavabda qeyd edilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO