Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA – VİDEO

Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA – VİDEO

251795

“Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.

Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.

Fizzə Zeynalova prokurorluqda bir neçə dəfə olduqlarını deyib. Bildirib ki, onlara müxtəlif versiyalar üzərində araşdırmalar aparıldığını və ipuclarının olduğu deyilib.

Mərhumun anası səsləndirilən iddialarla bağlı fikirlərini növbəti dəfə bölüşüb:

“Əvvəl avtomobil qəzası dedilər. Sonra intihar versiyasını söylədilər. Hüquq-mühafizə orqanları deyir ki, onlar hər bir variantın üzərində işləməlidirlər. Amma bu hadisənin intihar olması mümkün deyil. Elgünü tanıyan, onun ətrafında olan hər kəs bunu bilir. Həyat dolu bir insan idi.
 

Bu versiya yoxdur. Maşın vurma versiyası və döyülmə versiyasını da istintaqın nəticəsində biləcəyik”.


Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO