AZAL-ın ilk qadın pilotları - VİDEO

AZAL-ın ilk qadın pilotları - VİDEO

Hazırda oxunan: AZAL-ın ilk qadın pilotları - VİDEO

25164

“Azərbaycan Hava Yolları” aviaşirkəti ilk qadın pilotları haqqında videosüjet hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu videoda AZAL-ın pilotu olmağı hədəfləyən cəsarətli və ürəkli xanımların hekayəsinin yalnız kiçik bir hissəsi göstərilib.

“Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Azərbaycan Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər.

Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.

Biz həmkarlarımızla fəxr edir və onlara hər zaman açıq səma və yumşaq enişlər arzu edirik!” - deyə AZAL-ın məlumatında bildirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO