“Azərbaycanda qılıncla döyüş festivalı keçirilsin” – Razi Nurullayevdən TƏKLİF

“Azərbaycanda qılıncla döyüş festivalı keçirilsin” – Razi Nurullayevdən TƏKLİF

Hazırda oxunan: “Azərbaycanda qılıncla döyüş festivalı keçirilsin” – Razi Nurullayevdən TƏKLİF

251610

Azərbaycanda hər il müxtəlif mövzularda festivallar təşkil olunur və bu tədbirlər ictimaiyyətin marağına səbəb olmaqla yanaşı, ölkənin mədəni həyatına da müsbət təsir göstərir. Lakin zamanın tələbləri və cəmiyyətin dəyişən maraqları yeni festival növlərinin təşkilini aktuallaşdırır

Milli Məclisin deputatı Razi Nurullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan zəngin mədəni irsi, qədim adət-ənənələri və çoxşaxəli folklor inciləri ilə seçilən bir ölkədir. Onun sözlərinə görə, yeni festival növləri yalnız əyləncə məqsədi daşımamalı, həm də milli-mədəni dəyərlərin qorunması, regionlarda iqtisadi və sosial aktivliyin artırılması, turizmin inkişafı və cəmiyyətin maarifləndirilməsi kimi funksiyaları da yerinə yetirməlidir.

Deputat bildirib ki, hər bir rayonda özünəməxsus festivallar keçirilməlidir:

 “Xeyli rayonda bu cür festivallar artıq keçirilir. Qalan rayonlar da bu cərgəyə qoşulmalıdır.
 

Mən istərdim ki, Gül Festivalı, Milli Sənətkarlıq Festivalı, Aşıq Folkloru Festivalı, Yerli Bitkilər Festivalı, Qılıncla Döyüş Festivalı kimi tədbirlər təşkil olunsun. Xüsusən Qılıncla Döyüş Festivalı maraqlı və unikal bir layihə ola bilər. 1000 nəfərin real olaraq qılıncla və qalxanla döyüşməsi həm yerli, həm də əcnəbilər üçün möhtəşəm bir tamaşaya çevrilər. Bu tədbir sosial şəbəkələr vasitəsilə dünyaya yayıla və turizm axınını sürətləndirə bilər”, - deyə o, bildirib.

 

Deputat əlavə edib ki, bu istiqamətdə dövlət qurumları, bələdiyyələr və özəl sektor birgə fəaliyyət göstərsə, gələcəkdə bu festivallar Azərbaycanın beynəlxalq səviyyəli brend tədbirlərinə çevrilə bilər.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO