Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ!

Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ!

251608

Son dövrlər xaricdən avtomobil sifariş edən vətəndaşların sayı artmaqdadır. Xüsusilə ABŞ, Almaniya, BƏƏ və Koreyadan avtomobil gətirilməsi geniş yayılıb. Lakin bu proses təkcə üstünlüklərlə deyil, ciddi risklərlə də müşayiət olunur. Bəzi hallarda vətəndaşlar ödəniş etdikdən sonra nə avtomobil, nə də müqavilədə nəzərdə tutulan sənədləri əldə edə bilirlər. Bəzən isə sifariş edilən avtomobilin texniki vəziyyəti, təchizatı və ya gömrük sənədləri alıcıya əvvəlcədən təqdim edilən məlumatlarla üst-üstə düşmür.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı milli.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, xaricdən maşın sifariş etməzdən əvvəl mütləq etibarlı şirkətlərlə əməkdaşlıq edilməlidir.

Sifarişin bütün detalları avtomobilin texniki göstəriciləri, vurulub-vurulmadığı, kilometrajı, ixrac və gömrük rüsumları barədə məlumatlar şəffaf şəkildə təqdim olunmalıdır. Alıcılar öncədən müqaviləni diqqətlə oxumalı və mümkün olduğu qədər ödənişi avtomobil Azərbaycana gəldikdən sonra etməlidirlər.

Hüquqşünas Nurlan Səfərov vətəndaşlara xəbərdarlıq edirlər ki, avtomobil sifarişi zamanı heç bir halda şifahi razılaşmalara əsaslanmasınlar. Müqavilə mütləq notarial qaydada təsdiq edilməli və hər iki tərəfin öhdəlikləri dəqiq şəkildə göstərilməlidir. Əks halda, aldanan tərəfin hüquqlarını sonradan bərpa etmək çətin ola bilər.

Bəs bu kimi hallarda nə etmək lazımdır?

Yalnız lisenziyalı və rəsmi fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edin.

Avtomobilin real vəziyyətini yoxlamaq üçün beynəlxalq auksion saytlarında VIN kodu vasitəsilə təhlil aparın.

Müqaviləsiz və sənədsiz heç bir ödəniş etməyin.

Avtomobilin gömrük rüsumlarını və əlavə xərcləri əvvəlcədən öyrənin.

Şəxsi hüquqi məsləhət alın.

Hüquqşünas qeyd edir ki, xaricdən avtomobil sifarişi edərkən diqqətli və məlumatlı olmaq aldanma hallarının qarşısını almağın əsas yoludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO