Ağdamdan olan məzunlar 45 il sonra BİR ARADA - FOTO

Ağdamdan olan məzunlar 45 il sonra BİR ARADA - FOTO

Hazırda oxunan: Ağdamdan olan məzunlar 45 il sonra BİR ARADA - FOTO

251443

Məzunlar işğaldan azad edilmiş ərazilərdə 45 il sonra görüşüb rəmzi "Son zəng"i qeyd etdilər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sözügedən görüş Ağdam rayonunun işğaldan azad edilmiş Əliağalı kəndində baş tutub.
 

Belə ki, kənd məktəbindən 1980-ci ildə məzun olmuş sakinlər bir araya toplanaraq doğma kəndlərinə gedib, burada erməni vandalizminə məruz qalmış məktəb binasında rəmzi son zəng tədbiri keçiriblər.


İştirakçılar öncə Ağdam şəhidlər xiyabanında sinfin şəhid üzvü Saleh Ələkbərovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarını, habelə, kəndin milli qəhrəmanının xatirə lövhəsini ziyarət ediblər. Sonra Ağdam rayonunun işğaldan azad edilmiş Əliağalı kənd orta məktəbinin dağıntıları ətrafında rəmzi tədbiri qeyd ediblər.

Görüş iştirakçıları öz çıxışında torpaqların azad edilməsi yolundan həlak olan şəhidlərin ruhuna dualar edib, qazilərə can sağlığı arzulayıb, bu günü yaşadan ali baş komandana minnətdarlıq hissi ifadə ediblər.

Qeyd edək ki, iştirakçılar arasında Azərbaycanın əməkdar jurnalisti, Qarabağ qazisi, "Azərbaycan Bayrağı Ordeni" kovaleri Bəxşeyiş Abbasov oğlu və ölkənin təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan məzunlar iştirak edib.

Sözügedən tədbirin iştirakçıları məlum səbəblərdən ölkənin müxtəlif bölgələrində yaşayır. Onlar 30 ildən artıqdır ki, kollektiv tərkibdə görüşməyiblər.







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO