Xaçmazda həmkəndlisinin cinsiyyət orqanını kəsən şəxsə CİNAYƏT İŞİ açıldı

Xaçmazda həmkəndlisinin cinsiyyət orqanını kəsən şəxsə CİNAYƏT İŞİ açıldı

Hazırda oxunan: Xaçmazda həmkəndlisinin cinsiyyət orqanını kəsən şəxsə CİNAYƏT İŞİ açıldı

251394

Xaçmazda 31 yaşlı həmkəndlisini bıçaqlayaraq boğaz nahiyəsinə və cinsiyyət orqanına xəsarət yetirmiş Səbuhi Firudin oğlu Mahmudov barəsində cinayəş işi açılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Fərzəlioba kənd sakini, 31 yaşlı Səbuhi Mahmudov barəsində Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə həbs qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, mayın 15-i Xaçmazın Fərzəlioba kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Aralarındakı mübahisəyə görə kənd sakini 31 yaşlı Səbuhi Mahmudov həmkəndlisi, 41 yaşlı Mübariz Şıxmuradovu bıçaqlayıb.

Belə ki, bir il əvvəl Mübariz Şıxmuradov Səbuhi Mahmudovu döyüb, söyüb və təhqir edib. Bir il keçəndən sonra Mübarizin onu döyüb söyməsi gecə Səbuhinin yadına düşüb. Səbuhi gecə saatlarında Mübarizin qapısına gəlib.
 

Evdən onu çağırıb. Bıçaqla onun boğazına və cinsiyyət orqanına xəsarət yetirib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralı şəxsə xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub.


Səbuhi Mahmudov 41 yaşlı həmkəndlisinə ağır xəsarət yetirməkdə təqsirləndirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO