"Oğlum dəm qazına görə boğulanda 8 yaşı var idi. Görünür, o dövrdə bizim də məsuliyyətsizliyimiz oldu. Yəni dəm qazı anlayışımız yox idi".
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Kanal S-də yayımlanan müsahibəsində deyib.
O, hadisə zamanı xaricdə olduğunu bildirib.
"Hər bir insanın başına gələ biləcək faciədir. Belə məsələlərə bir az fərqli yanaşmalıyıq. Yəni bizi yaradan verdiyi neməti istənilən vaxt ala bilər. İradəmizdən kənarda bir tale var və buna qarşı gəlmək olmaz. Bunu faciə kimi yaşasam da, həyatımın faciəsinə çevirmədim. Ağırdır, amma yaşayanları, qalanları düşünməliyik. Biz övladımızı çiynimizdə aparıb dəfn edə bilmişik, amma məsələn, təyyarə qəzasında yüzlərlə adam arzulayır ki, yaxınının qəbir yeri olsun", - millət vəkili qeyd edib. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:44 / 25.05.2025
Oğlumu çiynimdə aparıb dəfn etdim... - Fazil Mustafa
Hazırda oxunan: Oğlumu çiynimdə aparıb dəfn etdim... - Fazil Mustafa
Hazırda oxunan: Oğlumu çiynimdə aparıb dəfn etdim... - Fazil Mustafa
251286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.