Gülsaira Möminova və Nurəngiz Günün xatirəsinə həsr olunmuş poeziya paneli KEÇİRİLDİ - FOTO

Gülsaira Möminova və Nurəngiz Günün xatirəsinə həsr olunmuş poeziya paneli KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Gülsaira Möminova və Nurəngiz Günün xatirəsinə həsr olunmuş poeziya paneli KEÇİRİLDİ - FOTO

251105

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Gülsaira Möminova və Nurəngiz Günün əziz xatirəsinə həsr olunmuş “Gül dəftəri” adlı poeziya paneli keçirilib.

Bizim.Media xəbər verir ki, panel şair Naringül Nadirin moderatorluğu ilə baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Yusif Səmədoğlu yaradıcılığının dərin fəlsəfəsi – FOTO


Paneldə çağdaş Azərbaycan poeziyasının müxtəlif nümayəndələri – Gülnarə Cəmaləddin, Gülşən Behbud, Aysel Xanlarqızı, Aypara Ayxan, Arzu Murad və Ülviyyə Niyazqızı çıxış edərək, həm öz poetik nümunələrini, həm də Nurəngiz Günün qələmə aldığı şeirləri səsləndiriblər.

Nurəngiz Günün qızı, millət vəkili Jalə Əliyeva tədbirin təşkil olunmasında əməyi keçənlərə təşəkkürünü bildirib. O, eyni zamanda sözügedən festivalın təkcə kitabın və ədəbiyyatın deyil, həm də Türk dünyasının ortaq ruhunun, söz birliyinin bayramı olduğunu diqqətə çatdırıb.

J. Əliyeva qeyd edib ki, belə tədbirlər gənc nəsildə sözə, ədəbiyyata və mədəni köklərimizə maraq oyadır.

Ədəbi diskursun poeziya üzərindən aparılması tədbir iştirakçılarına dərin hisslər yaşadıb.

Panel səmimi poeziya mühitində keçib.
























Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO