Sağlam qidalanma hər kəs üçün fərdi olaraq formalaşdırılmalı, şəxsi ehtiyaclar və həyat tərzi nəzərə alınmalıdır. Trend olan qaydalara kor-koranə əməl etmək əvəzinə, qida rasionu fərdin gündəlik həyatına uyğun tənzimlənməlidir.
Bizim.Media “Gazeta.ru”ya istinadən xəbər verir ki, sağlam qidalanma üzrə ekspert Tatyana Meşçeryakova bu barədə məlumat verib.
O, sağlam qidalanma ilə bağlı doğru bilinən yanlışları da qeyd edib.
“18:00-dan sonra yemək olmaz”
Ən çox yayılan yanlış inanclardan biri saat 18:00-dan sonra yeməyin zərərli olmasıdır. Həkim bildirir ki, bu qayda vaxtilə saat 22:00-da yatmağı tövsiyə edən bir rejimə əsaslanıb. Çünki məhz bu vaxt melatonin (yuxu hormonu) daha çox ifraz olunur. Mədə dolu olanda yatmaq doğrudan da zərərlidir, çünki orqanizm istirahət əvəzinə, qidanı həzm etməyə məcbur qalır. Amma müasir insanın rejimi bu klassik sxemə uyğun gəlmir. Buna görə də, saat 18:00-dan sonra yemək olmaz fikri sadəcə mifdir. Əsas qayda — yatmazdan 2–3 saat əvvəl axşam yeməyini yeməkdir.
“Şirniyyatı yalnız səhər yemək olar”
Digər yanlış fikir isə “şirniyyat yalnız səhərlər yeyilməlidir” məsəlidir. Meşçeryakovanın sözlərinə görə, bu fikir əslində düzgün tövsiyənin təhrif edilmiş formasıdır. Səhərlər kalori baxımından ağır bir şey yesən, guya gün ərzində onu ‘yandırmaq’ olar düşüncəsi mövcuddur. Amma əslində səhər yeməyi balanslı və doyumlu olmalı, şəkər və karbohidratla zəngin olmalıdır.
Ekspert günə bir stəkan su ilə başlamağı və sonra tamdəyərli səhər yeməyi ilə davam etməyi tövsiyə edib. Şirniyyatları isə əsas yeməkdən 1–2 saat sonra qəbul etmək daha doğrudur.
“Qəlyanaltılar orqanizmə ziyandır”
Qəlyanaltılarla bağlı da yanlış fikir formalaşıb. İnsanlar düşünür ki, hər cür qəlyanaltı zərərlidir. Meşçeryakova isə bildirir ki, bu tam olaraq doğru deyil. Əgər qəlyanaltılar yalnız protein batonları və ya digər “sürətli” qidalardan ibarətdirsə, bəli, bu halda faydadan çox zərər verə bilər. Amma əsas yeməklər arasında ac qalmaq da bədən üçün streslidir. Həkim qəlyanaltı üçün meyvə, tərəvəz və çərəzlərə üstünlük verilməsini tövsiyə edir.
“Düzgün qidalanma” yalnız qarabaşaq və toyuqdan ibarət deyil
Həkim onu da vurğulayıb ki, düzgün qidalanma yalnız qarabaşaq, qaynadılmış toyuq və buxarda bişmiş tərəvəzlərlə məhdudlaşmır.
“Bu bir pəhriz deyil, həyat tərzidir. Qida rasionda insanın sevdiyi yeməklər də olmalıdır, hətta burger və ya sendviçin belə qəbulu mümkündür. Əsas məsələ balans və miqdarın düzgün tənzimlənməsidir”, – deyə Meşçeryakova bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 24.05.2025
Sağlam qidalanma ilə bağlı doğru bilinən YANLIŞLAR
Hazırda oxunan: Sağlam qidalanma ilə bağlı doğru bilinən YANLIŞLAR
Hazırda oxunan: Sağlam qidalanma ilə bağlı doğru bilinən YANLIŞLAR
251092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.