Hər beş adamdan biri infarkt riski daşıyır – QORXUNC XƏBƏRDARLIQ

Hər beş adamdan biri infarkt riski daşıyır – QORXUNC XƏBƏRDARLIQ

Hazırda oxunan: Hər beş adamdan biri infarkt riski daşıyır – QORXUNC XƏBƏRDARLIQ

251045

Almaniyada aparılan araşdırmalara görə, orta yaşlı hər 5 nəfərdən 1-i on il ərzində infarkt keçirmə riski altındadır.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə, bir çox insanlar bu riski lazımi səviyyədə qiymətləndirmirlər və ehtiyat tədbirlərini gecikdirirlər.

Araşdırma çərçivəsində 35-69 yaş arasında olan 3271 nəfərin məlumatları gözdən keçirilib. Növbəti on il üçün xəstəlik riski hesablanarkən yaş, cins, həyat tərzi və insanların mövcud xəstəlikləri nəzərə alınıb.

Təhlükə altında olanlar bundan xəbərsizdirlər

Müvafiq olaraq, iştirakçıların 73,5 faizi aşağı risk qrupunda, 6 faizi riskli qrupda, 12,8 faizi isə yüksək risk qrupundadır. Buna baxmayaraq, respondentlərin 84 faizi özünü “risksiz” və ya “az riskli” qrupda görür. Yüksək riskli şəxslərin yarıdan çoxu demək olar ki, təhlükədən xəbərsizdirlər. Mütəxəssislərin fikrincə, ürək-damar xəstəliklərinin qarşısının alınmasında ilk addım insanların bu təhlükəni gözdən qaçırmamasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO