ADNSU dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində mükəmməlliyə görə mümkün olan ən yüksək göstərici – 5 ulduzla qiymətləndirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı ADNSU-nun rektoru Rüfət Əzizov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edilib ki, audit ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılıb. ADNSU bu kateqoriyalardan 7 istiqamət – tədris, akademik inkişaf, təchizat, beynəlxalq əlaqələr, məşğulluq, ətraf mühitə təsir və idarəetmə sahələri üzrə maksimal nəticə göstərərək 5 ulduz alıb:
“Yüksək nəticə münasibətilə ADNSU əməkdaşlarını təbrik edirəm! Bu onların davamlı əzmkar fəaliyyətinin nəticəsidir! ADNSU tələbələrini təbrik edirəm! Artıq beynəlxalq səviyyədə keyfiyyət göstəriciləri təsdiq olunmuş universitetin tələbələrisiniz!”
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:30 / 23.05.2025
ADNSU dünyanın nüfuzlu reytinq agentliyinin auditində ən yüksək göstərici ilə qiymətləndirildi - FOTO
Hazırda oxunan: ADNSU dünyanın nüfuzlu reytinq agentliyinin auditində ən yüksək göstərici ilə qiymətləndirildi - FOTO
Hazırda oxunan: ADNSU dünyanın nüfuzlu reytinq agentliyinin auditində ən yüksək göstərici ilə qiymətləndirildi - FOTO
250969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.