Şamaxıda 15 yaşlı qızı qaçıran şəxsə bu cəza verildi

Şamaxıda 15 yaşlı qızı qaçıran şəxsə bu cəza verildi

Hazırda oxunan: Şamaxıda 15 yaşlı qızı qaçıran şəxsə bu cəza verildi

250913

Şamaxı rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Şamaxı şəhər sakini 1999-cu il təvəllüdlü Səxavət Müseyibov (ad-soyad şərtdir) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib.
 

Araşdırmalarla müəyyən edilib ki, Səxavət oğurluq və narkotik vasitələrlə bağlı cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş və ayağına elektron qolbaq taxılmaqla sərbəst buraxılıbmış.


Belə ki, Səxavət ötən ilin sentyabrında Şamaxıdakı “VİP market”də 15 yaşlı L.Məmmədova ilə tanış olub və onlar sosial şəbəkədə yazışmağa başlayıblar. Bundan sonra o, yeniyetmə qızı dərsdən sonra qaçırıb. L.Məmmədova həmin vaxt evlərinə zəng edərək Səxavətlə qaçdığını deyib.

Bir müddət sonra polis əməkdaşları Səxavətgilin evinə gedərək onunla qızı Şamaxı Rayon Polis Şöbəsinə aparıb.

Şamaxı Rayon Məhkəməsi S. Müseyibovun üzərindəki məhkumluğu da nəzərə alaraq ona 2 il həbs cəzası verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO