“Aktyor, bəstəkar və rəssamlara da ev verilsin” - Razi Nurullayevdən TƏKLİF

“Aktyor, bəstəkar və rəssamlara da ev verilsin” - Razi Nurullayevdən TƏKLİF

Hazırda oxunan: “Aktyor, bəstəkar və rəssamlara da ev verilsin” - Razi Nurullayevdən TƏKLİF

250751

Məlumdur ki, ölkəmizdə bir sıra sahələrdə fəaliyyət göstərən şəxslər dövlət tərəfindən mənzillə təmin olunur. Eləcə də yazıçılara dövlət tərəfindən ev verilir.

Yazıçılar Birliyinin sonuncu qurultayından sonra 21 yazar evlə təmin olunub.

Maraqlıdır, başqa hansı sahələrdə çalışan şəxslərə ev verilməsi məqsədəuyğun olardı?

Deputat Razi Nurullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, mədəniyyət sahəsində çalışanlara ev verilsin:

“Elə bəstəkarlarımız var ki, evsizdir. Təbii ki, yazıçılar da bura daxildir. Əlbəttə, yazıçı çoxdur, ancaq söhbət əməyi olan, xalq tərəfindən tanınan, ictimai nüfuzu olan şəxslərdən gedir”, - deyə millət vəkili qeyd edib.

Deputatın sözlərinə görə evi olmayan bir çox aktyor bu məsələdə ona müraciət edib:

“Elə aktyorlarımız var ki, onlar gözəl rol yaradıblar, cəmiyyətə müsbət enerji ötürüblər, dövlət tədbirlərində daim iştirak ediblər. Onların bir çoxu mənə müraciət edib ki, evlə təmin olunmalarında onlara köməklik edim. İstəyərdim ki, teatrda çalışan insanlara, aktyorlara, bəstəkarlara, yazıçılara, rəssamlara, ümumiyyətlə ədəbiyyat və mədəniyyət sahəsində çalışanlara dövlət qayğısı artırılsın və onların mənzil şəraiti yaxşılaşdırılsın.

Doğrudan da, onların bir çoxu ilə mən görüşmüşəm, görürəm ki, əməkləri də var, haqları da var, ancaq ağır şəraitdə yaşayırlar. Çox yaxşı olar ki, bununla bağlı araşdırma aparılsın. Ən azından ildə 40-50 nəfərə mənzillərin verilməsi çox yaxşı olardı”,  -  deyə deputat bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO