Bakıda karantin qaydalarını pozan restoranın icarədarı cərimələndi

Bakıda karantin qaydalarını pozan restoranın icarədarı cərimələndi

Hazırda oxunan: Bakıda karantin qaydalarını pozan restoranın icarədarı cərimələndi

25074

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizim.Media xəbər verir ki,  bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO