Sumqayıtda 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-nin Sumqayıt QİS-dən məlumat verilib.
Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:32 / 22.05.2025
Sumqayıtda 750 abonentin qazı kəsildi
Hazırda oxunan: Sumqayıtda 750 abonentin qazı kəsildi
Hazırda oxunan: Sumqayıtda 750 abonentin qazı kəsildi
250673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.