2024-cü ildə Qarabağ Universitetində ilk tədris ili həyata keçirildi. Universitet tədrisə 6 fakültə ilə başladı.
Xatırladaq ki, universitetin rektoru Şahin Bayramov yaxın zamanda verdiyi açıqlamada bildirdi ki, 2026-cı ildə Qarabağ Universitetində kənd təsərrüfatı fakültəsini açılması planlaşdırılır.
Ancaq Qarabağ Universitetində təhsil almaq istəyən abituriyentlərə maraqlıdır ki, cari ildə universitetdə neçə yeni fakültənin açılması gözlənilir?
Qarabağ Universitetinin mətbuat katibi Aytən Quliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, bu il Qarabağ Universitetində yeni açılacaq fakültə yalnız Tibb və sağlamlıq elmləri fakültəsidir.
“Qarabağ Universiteti 2024/2025-ci tədris ilində 6 fakültə, 26 ixtisas üzrə tədris həyata keçirib. 2025-2026-cı tədris ilində isə ümumilikdə 7 fakültə üzrə tədris prosesi həyata keçiriləcək”.
Bəs yeni açılacaq tibb fakültəsi üçün pedaqoji heyət hazırdırmı?
“Tibb fakültəsinə müəllim və digər heyətin seçimləri hazırda aparılır. Bununla bağlı Qarabağ Universitetinin sosial şəbəkə səhifələri və saytı üzərindən mütəmadi olaraq vakansiya elanları verilir”, - deyə açıqlamada qeyd edilib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 22.05.2025
Bu il Qarabağ Universitetində hansı yeni fakültələr açılacaq? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu il Qarabağ Universitetində hansı yeni fakültələr açılacaq? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu il Qarabağ Universitetində hansı yeni fakültələr açılacaq? - RƏSMİ AÇIQLAMA
250666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.