Sahil Babayev islahatlara BAŞLADI: Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ – ÖZƏL

Sahil Babayev islahatlara BAŞLADI: Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ – ÖZƏL

Hazırda oxunan: Sahil Babayev islahatlara BAŞLADI: Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ – ÖZƏL

250643

Yeni maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO