Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dair müvafiq qərarlarının Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılması Plenumun icraatına qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 4-nə təyin edilmiş iclasında baxılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:50 / 22.05.2025
Konstitusiya Məhkəməsinin növbəti iclasında Ombudsmanın sorğusuna BAXILACAQ
Hazırda oxunan: Konstitusiya Məhkəməsinin növbəti iclasında Ombudsmanın sorğusuna BAXILACAQ
Hazırda oxunan: Konstitusiya Məhkəməsinin növbəti iclasında Ombudsmanın sorğusuna BAXILACAQ
250618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.