Sarkisyanla bağlı növbəti korrupsiya QALMAQALI - Torpaqları səfirliyə SATIB

Sarkisyanla bağlı növbəti korrupsiya QALMAQALI - Torpaqları səfirliyə SATIB

Hazırda oxunan: Sarkisyanla bağlı növbəti korrupsiya QALMAQALI - Torpaqları səfirliyə SATIB

250572

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan (2008–2018-ci illər) 2005-ci ildə İrəvanda yerləşən “Erablur” hərbi panteonunun yaxınlığındakı strateji torpaq sahələrinin qanunsuz satışında, çirkli pulların yuyulmasında və dövlətə böyük məbləğdə ziyan vurulmasında ittiham olunur.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” nəşri yazıb.

Araşdırmalara əsasən, bu torpaq sahələri Çin Xalq Respublikasının səfirliyi tərəfindən alınmış və hazırda həmin ərazidə Çinin yeni diplomatik nümayəndəliyinin binası yerləşir.

Rəsmi sənədlərə görə, satış qərarı Ermənistan hökuməti tərəfindən verilsə də, istintaq bu qərarın şəffaflıqdan uzaq, bir neçə məmurun şəxsi maraqları naminə verildiyini iddia edir.

Bu gün məhkəmə binasının qarşısında jurnalistlərin suallarını cavablandıran Serj Sarkisyan emosional çıxış edərək, bu cinayət işini siyasi sifariş adlandırıb:

“Bu proses hüquqi yox, siyasi xarakter daşıyır. Bu cür davranış bir insanın şərəf və ləyaqətinə zərbədir. Sonda bu ölkədə insan haqlarının nə qədər qorunduğu hamıya bəlli olacaq.”

Onun sözlərinə görə, hökumət keçmiş siyasi rəqiblərini ardıcıl olaraq cəzalandırmağa çalışır və məhkəmələr hakimiyyətin göstərişi ilə hərəkət edir.
 

Qeyd edək ki, Serj Sarkisyan bir müddət öncə “dizel işi” ilə əlaqədar da məhkəmə qarşısına çıxarılmış, lakin bəraət qazanmışdı.


Həmin işdə o, 2013-cü ildə kənd təsərrüfatı üçün subsidiyalı dizel yanacağının alınmasında “Flash” şirkətinə güzəşt etməklə dövlətə ziyan vurmaqda günahlandırılırdı.

İttihamda deyilir ki, “Flash” şirkəti rəsmi tenderdə rəqiblərindən 1 milyon dollar baha təklif verməsinə baxmayaraq, Sarkisyanın şəxsi müdaxiləsi nəticəsində müqaviləni qazanmışdı.

Lakin məhkəmə bu iddiaların yetərincə sübut olunmadığına görə Sarkisyana tam bəraət vermişdi.

Qeyd edək ki, Ermənistan siyasi arenasında bu proseslərə yanaşmalar fərqlidir. Bir tərəf bu cür məhkəmələri "siyasi qisas kampaniyası" adlandırır, digər tərəf isə keçmiş hakimiyyətin maliyyə pozuntularına cavab verməli olduğunu düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO