MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ! - Nazirlik ELAN VERDİ 

MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ! - Nazirlik ELAN VERDİ 

Hazırda oxunan: MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ! - Nazirlik ELAN VERDİ 

25033

Müdafiə Nazirliyinin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bizim.Media nazirlikdən verilən məlumata görə, orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmət keçmiş 30 yaşınadək vətəndaşlar iyunun 28-dən iyulun 23-dək hərbi birliklər, Hərbi Dəniz Qüvvələri, eləcə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
 

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul  olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.


Nəzəri və praktiki imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlanma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO