Son günlərdə sosial şəbəkələrdə yayılan yeni gözəllik trendləri həkimlərin ciddi narahatlığına səbəb olub.
Bizim.Media xəbər verir ki, Rusiyada bəzi gözəllik salonlarında başlayan və sürətlə populyarlaşan qeyri-adi prosedur — dişlərə gel-lak çəkilməsi artıq təhlükəyə çevrilir.
Cəmi 200–300 rubl, təxminən 5 – 6 manat qarşılığında müştərilərə "Hollivud gülümsəməsi", diş üzərində bəzəkli şəkillər, parıltılar və hətta vampir dişlərinin imitasiya forması təklif olunur. Lakin bu "yaradıcılıq" sağlamlıq üçün ciddi risk yaradır.
Stomatoloqlar xəbərdarlıq edir ki, gel-lakın tərkibindəki kimyəvi maddələr ağız boşluğuna düşməməlidir. Onlar diş minasını zədələyə, allergik reaksiyalar, ağız içi yanıq və xroniki iltihablar törədə bilər. Mütəxəssislər bildirir ki, “Diş – dırnaq deyil, nəticələri aradan qaldırmaq daha çətin və bahalı ola bilər”. (saglamolun.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
02:35 / 20.05.2025
Gel-Lak trendi dişlərə ZƏRƏRLİDİR
Hazırda oxunan: Gel-Lak trendi dişlərə ZƏRƏRLİDİR
Hazırda oxunan: Gel-Lak trendi dişlərə ZƏRƏRLİDİR
250229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.