Göygöl rayonunda torpaq üstündə dava xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Quşqara kəndində baş verib.
İlkin xəbərə görə bir neçə nəfər kənd sakini 1993-cü il təvəllüdlü Müşfiq Nurməmmədov, onun qardaşı Hüseyn Nurməmmədovla mübahisə ediblər və onlara küt alətlə ağır xəsarət yetiriblər.
Qardaşlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Həkimlər yaralılara ilkin tibbi yardım göstərib, vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
21:13 / 19.05.2025
Göygöldə TORPAQ DAVASI: İki qardaş döyüldü
Hazırda oxunan: Göygöldə TORPAQ DAVASI: İki qardaş döyüldü
Hazırda oxunan: Göygöldə TORPAQ DAVASI: İki qardaş döyüldü
250214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.