Biləsuvar sakinini beşinci dəfə İLAN SANCDI

Biləsuvar sakinini beşinci dəfə İLAN SANCDI

Hazırda oxunan: Biləsuvar sakinini beşinci dəfə İLAN SANCDI

250196

Biləsuvar rayonunun Zəhmətabad kəndində növbəti ilan sancması hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü kənd sakini Ramal Əzizağa oğlu Cəbrayılzadə həyətyanı sahədə ot yığarkən onu ilan sancıb.

O, dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxş hesab olunur.

Məlumata görə, bu, Ramal Cəbrayılzadəni ilan sancması artıq beşinci haldır. Onun atası bildirir ki, oğlunu ilk dəfə 2021-ci ildə evlərinin həyətində ilan sancmışdı. 2022 və 2023-cü illərdə baş verən oxşar hadisələr zamanı Ramalın səhhətində ciddi problemlər yarandığından Bakıdakı Toksikologiya Mərkəzinə aparılaraq orada müalicə alıb.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO