“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır – FOTO

“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır – FOTO

Hazırda oxunan: “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır – FOTO

250158

Sumqayıtda “Range Rover” markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb.
 

TƏBİB-dən bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.05.2025-ci il tarixində saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:


“Ona dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilib. Şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO