Xudafərin körpüsünün altını qazan şəxsin meyiti tapıldı

Xudafərin körpüsünün altını qazan şəxsin meyiti tapıldı

Hazırda oxunan: Xudafərin körpüsünün altını qazan şəxsin meyiti tapıldı

250004

Mayın 11-də tarixi Xudafərin körpüsündə qanunsuz qazıntı aparan şəxsin Araz çayında meyiti aşkarlanıb.

Bizim.Media Gunaz TV-yə istinadən xəbər verir ki, bu barədə informasiyanı Təbrizin "Azərəncümən" nəşri yayıb.

Mənbə qeyd edir ki, meyit Xudafərin körpüsündən 500 metr aşağıda, dəmir körpünün 30 metrliyində tapılıb.

Xilasedicilərin hələlik kimliyi məlum olmayan şəxsin meyitini çıxarmaq üçün əməliyyat apardıqları bildirilib.
 

Qeyd edək ki, may ayının 11-də saat 04:00 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.


İran ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran ərazisində saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO