“Ehtimallar çoxdur, hərə bir söz danışır” - Elgünün yaxınları - VİDEO

“Ehtimallar çoxdur, hərə bir söz danışır” - Elgünün yaxınları - VİDEO

Hazırda oxunan: “Ehtimallar çoxdur, hərə bir söz danışır” - Elgünün yaxınları - VİDEO

249775

Gəncədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun yaxınları danışıblar.

Bizim.Media xəbər verir ki, onlar Elgünün məktəbdə nümunəvi şagird olduğunu bildiriblər.

“Anası xəstə adamdır, pis vəziyyətdədir. Xəstəxanadan zəng gəldi. Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər. Şərəf lövhəsində şəkli olan, nümunəvi uşaq idi. Cinayətkarların tutulmasını, başqa uşaqların, anaların başına bunun gəlməməsini istəyirik”, - mərhumun qohumu Samirə Zeynalova söyləyib.

Mərhumun dayısı bildirib ki, araşdırmalarının yekununu gözləyirlər:

“Hamı balasını çölə buraxmağa qorxur. Ehtimallar çoxdur, hərə bir söz danışır”.

Dostları isə deyir ki, Elgün heç vaxt mübahisəyə girən, davakar biri olmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO