Qurban kəsdik, bəs sonra? – Yardımlaşmanın UNUDULAN TƏRƏFİ

Qurban kəsdik, bəs sonra? – Yardımlaşmanın UNUDULAN TƏRƏFİ

Hazırda oxunan: Qurban kəsdik, bəs sonra? – Yardımlaşmanın UNUDULAN TƏRƏFİ

249754

Qurban bayramı yaxınlaşdıqca bu ibadətin sosial və mənəvi mahiyyəti yenidən müzakirə mövzusuna çevrilir. 

Sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qurban kəsmək yalnız dini ritualla kifayətlənməməli, onun arxasındakı insani və sosial dəyərlər də nəzərə alınmalıdır:

“Qurban kəsmək dini ayinlərdən biridir, lakin bu anlayışla bağlı cəmiyyətimizdə tam təsəvvür formalaşmayıb. Bəzi insanlar bu mərasimi sadəcə rəmzi və göstəri xarakterli şəkildə yerinə yetirir, amma qurbanın əsl missiyası ehtiyacı olanlara yardım etməkdir. Xüsusilə Qurban bayramında kütləvi şəkildə qurbanlar kəsilir, lakin təəssüf ki, onların bir çoxu təyinatı üzrə ehtiyac sahiblərinə  çatmır,”– deyə sosioloq qeyd edib.

Üzeyir Şəfiyev əlavə edib ki, dini dəyərlərimiz yardımlaşma və paylaşma üzərində qurulub:

“İnsanlar yalnız bayram günlərində deyil, hər zaman paylaşmağı bacarmalıdırlar. Dünyada milyonlarla insan aclıq və ehtiyac içində yaşayır. Bu mənzərə fonunda hər kəs qurbanın mənəvi yükünü və sosial məsuliyyətini dərk etməlidir.”

Aygün Hüseyn, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO