Biləsuvarda 44 yaşlı şəxsi ildırım vuraraq su arxına ATIB – TƏFƏRRÜAT

Biləsuvarda 44 yaşlı şəxsi ildırım vuraraq su arxına ATIB – TƏFƏRRÜAT

Hazırda oxunan: Biləsuvarda 44 yaşlı şəxsi ildırım vuraraq su arxına ATIB – TƏFƏRRÜAT

249702

Xəbər verildiyi kimi mayın 15-də Biləsuvar rayonunun Xırmandalı kəndində ildırım vurması hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, kənd sakini, 1981-ci il təvəllüdlü Bəşirov Ramin Habil oğlu həmkəndlisi və əmisi oğlu Cavid Bəşirovla birlikdə mal-qaranı tarladan evə qaytarmağa gedərkən yağışa düşüblər. Bu zaman güclü ildırım çaxıb və onlar yağışdan qorunmaq üçün yaxınlıqdakı ağacın altına qaçmağa çalışıblar.
 

Elə həmin an ildırım Ramin Bəşirovu vurub və onu yaxınlıqdakı su arxına atıb. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib – şok dalğası düz qulaq nahiyəsindən keçərək onu yerə yıxıb.


Hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan Ramin Bəşirov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, həmin gün güclü ildırım Biləsuvar rayonunun digər hissələrində də fəsadlar törədib. Belə ki, ildırım nəticəsində bir vətəndaşın mənzil təsərrüfatına da ziyan dəyib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO