Evlərdən 14 min manatlıq əşyalar oğurlayaraq SATDI - FOTO

Evlərdən 14 min manatlıq əşyalar oğurlayaraq SATDI - FOTO

Hazırda oxunan: Evlərdən 14 min manatlıq əşyalar oğurlayaraq SATDI - FOTO

249629

Xəzər rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində müxtəlif vaxtlarda Şağan, Türkan və Mərdəkan qəsəbələrində evlərdən oğurluq edən 36 yaşlı Elvin Qasımov saxlanılıb.

Bizim.Media xəbər verir ki, onun 5 mənzildən ümumi dəyəri 14 min manat olan məişət əşyaları oğurladığı müəyyən edilib.
 

Saxlanılan şəxsin əldə etdiyi məişət əşyalarının bəzilərini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birinə satması məlum olub.


Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Cinayət işi üzrə tədbirlər davam etdirilir.

E.Qasımovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO