Yevlaxda avtobusla minik maşını toqquşub.
Hadisə Yevlax rayonunun ərazisindən keçən Bakı- Qazax magistralından keçən hissəsində baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, qəza zamanı 51 yaşlı Söhrab Süleymanovun idarə etdiyi "Niva" markalı minik maşını, 40 yaşlı Ramin Qarayevin idarə etdiyi avtobusla toqquşub. Hadisə nəticəsində minik maşınında olan sərnişin 48 yaşlı Yeganə Süleymanova xəsarət alıb.
Yaralı Yevlax rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya düşən avtobusun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:13 / 15.05.2025
Səfərbərlik Xidmətinə məxsus avtobus qəzaya düşdü -Yaralı var
Hazırda oxunan: Səfərbərlik Xidmətinə məxsus avtobus qəzaya düşdü -Yaralı var
Hazırda oxunan: Səfərbərlik Xidmətinə məxsus avtobus qəzaya düşdü -Yaralı var
249539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.